Paytaxt rayonlarında “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilir
Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitab hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Yeni
kitabın Bakı şəhərinin bütün rayonlarında təqdimatının keçirilməsi ilə bağlı
Bakı Şəhər İcra Hakimiyyətinın tövsiyələrinə uyğun olaraq fevral ayının əvvəlidən
paytaxt rayonlarında təbdirlər təşkil olunur.
Bu həftə
ərzində təqdimatlar Nəsimi, Nizami, Nərimanov və Binəqədi rayonlarında Bakı Şəhər
İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, rayon icra hakimiyyətlərinin
məsul əməkdaşlarının, rayonların təhsil ictimaiyyəti nümayəndələri, şəhid ailələri
üzvləri və qazilərin, həmçinin orta məktəb şagirdlərinin iştirakı ilə
keçirilib.
Tədbirlərdə
çıxış edənlər bu kitabın ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik
məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk
nəşrlərdən biri olduğunu, onların ölkəmizin tarixini öyrənmələri, Vətənə məhəbbət
və vətənpərvərlik ruhunda böyümələrində əhəmiyyətli rol oynayacağını bildiriblər.
Hər rayonda
öz müxtəlifliyi ilə seçilən təqdimat mərasimlərində kitab və uşaq rəsmlərindən
ibarət sərgilər, musiqi nömrələri, səhnəciklər, video görüntülər öz rəngarəngliyi
ilə tədbirləri daha da maraqlı edib.
Keçirilən mərasimlərin sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən şagirdlərə “Bizim böyük Qələbəmiz” kitabı paylanılıb.