Paytaxt gənclərinə yeni kitab tədqim edildi
“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə Kitab Mərkəzində gənclərlə görüş keçirilib. Görüşdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.
Kitabın çapında əsas məqsəd gənc nəslə tarixi
həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğıdir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri,
fəal gənclər, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın
azadlığı, ərazi bütövlüyü uğrunda həlak
olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və kitabın ərsəyə
gəlməsinə həsr edilən videoçarx nümayiş etdirildi.
Tədbir
iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı hər
iki kitabla bağlı təəssüratlarını bölüşərək bildirib ki, “Deyirlər: nəhəng olan hər bir şey yalnız çox
uzaq məsafədən tam həcmi ilə görünür. Möhtərəm cənab Prezident İlham Əliyevin
dahi siyasəti yalnız müəyyən zaman keçdikçə tam həcmi, nəhəngliyi və anlamı ilə
insanlara aydın olur. Təqdimatına toplaşdığımız bu kitab Prezidentimizin
uzaqgörən siyasətini anlamaq üçün çox yaxşı bir vasitədir.”
Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai
Birliyin nümayəndəsi Aytac Əjdərli, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov, gənc
fəal Nəzrin Hüseynova və başqaları yeni çap edilən kitabların əhəmiyyətini qeyd
edərək bu nəşrin Qazanılan Zəfər və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının
geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.
Çıxışlarda qeyd edilib ki, “Vətən müharibəsi
tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni
nəşr artıq böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dildə nəşr edilən
Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın ikinci hissəsi olaraq Vətən
müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr
edilib. Kitabda Şanlı Qələbənin əldə olunmasında və müharibədən sonrakı dövrdə
aparılan quruculuq işlərinin ölkə başçısı İlham Əliyevin dahi intellekti və
müdrik sərkərdəlik qabiliyyəti sayəsində
mümkün olduğu xüsusi vurğulanıb. Yeni nəşrdə Heydər Əliyev Fondu və
onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində
aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anar
qızı bildirdi ki, dünya şöhrətli dövlət xadimi, dahi sərkərdə, müasir dövlətçilik
tariximizi yenidən yazan, Zəfər Komandanı İlham Əliyevin doğum günüdür. O, gənclər
və tədbir iştirakçıları adından cənab Prezidenti ürəkdən təbrik edərək Azərbaycan
xalqının rifahı naminə gördüyü böyük işlərə görə ona minnətdarlığını bildirib.
Gənclərin böyük marağına səbəb olan tədbirin sonunda bədii hissə təqdim edilib.