“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Azad Mirzəcanzadə İnkişaf Proqramının növbəti mərhələsinə start verir
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Azad Mirzəcanzadə İnkişaf Proqramının növbəti mərhələsinə start verir!
Bu proqram görkəmli alim Azad Mirzəcanzadənin
unikal tədris üslubu, insanların istedadını üzə çıxarmaq bacarığı və yaradıcı
yanaşmalarından ilhamlanaraq həyata keçirilir. Məqsəd, paytaxt və regionlardan
çevik düşüncə tərzi, innovativ yanaşma və dayanıqlı gələcəyə töhfə vermək
arzusu ilə seçilən istedadlı gəncləri üzə çıxarmaq və onların inkişafını dəstəkləməkdir.
Proqram çərçivəsində seçilən ən yaxşı layihə
müəlliflərinə 5000 manatadək maliyyə dəstəyi təqdim olunacaq. Bununla yanaşı,
iştirakçılar peşəkar təlimlərdə iştirak edəcək, layihələrin hazırlanması və təqdimatı
üzrə biliklərini artıracaq, həmçinin liderlik bacarıqlarını inkişaf etdirmək
üçün müxtəlif fəaliyyətlərdə iştirak edəcəklər.
Proqrama 18-35 yaş arasında olan hər bir Azərbaycan
vətəndaşı müraciət edə bilər. Təqdim olunan layihələr müxtəlif mövzuları və
istiqamətləri əhatə edə bilər, sosial və ya sahibkarlıq sahələrdən tutmuş, daha
geniş spektrdə olan təşəbbüslərə qədər.