150 +994505000150

Oğuz gəncləri üçün liderlik məktəbi" layihəsi keçirilir

16 oktyabr 2024
Paylaş
Oğuz gəncləri üçün liderlik məktəbi" layihəsi keçirilir

"Regional İnkişaf" İctimai Birliyinin "Oğuz gəncləri üçün liderlik məktəbi" layihəsi çərçivəsində iştirakçılarla tanışlıq görüşü və ilk təlim təşkil olunub. Gənclərə proqram haqqında ətraflı məlumat verilib, məqsəd və gözlənilən nəticələrdən danışılıb, layihə ilə bağlı suallar cavablandırılıb.

Sonra “Liderlik məktəbi”nin əsas təlimçisi Tofiq Sadıxov "Nitq və ünsiyyət bacarıqları" mövzusunda təlim keçib, nitq, natiqlik, ritorika anlayışlarını şərh edərək, özünütəqdimetmə prosesində nələrə diqqət edilməli olduğundan və dinləyici qruplarının xususiyyətləridən bəhs edib.
Təlimin ikinci hissəsində gənclər komandalara ayrılaraq rol oyunları vasitəsilə təqdimetmə bacarıqlarını nümayiş etdiriblər. Təlimçi tərəfindən rol oyunlarının qiymətləndirilməsi aparılıb, gənclərə bu bacarıqlarını daha da inkişaf etdirmək üçün tövsiyələr verilib.
Qeyd edək ki, "Oğuz gəncləri üçün liderlik məktəbi"nə müraciət edən 100-ə yaxın gənc arasından 33 nəfəri müsahibədən uğurla keçərək iştirakçı hüququ qazanıb.
Layihə gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.