150 +994505000150

İmişlidə əhalinin maliyyə savadlılığının artırılması ilə bağlı təlim keçirilib

12 aprel 2019
Paylaş

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Almaniya Əmanətlər Bankı ilə birgə həyata keçirdiyi “Əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində növbəti təlim aprelin 12-də İmişli şəhərində keçirilib.

Təlimdə iştirakçılara ailə ehtiyaclarının düzgün müəyyən edilməsi, ailə büdcəsinin hazırlanması, gəlir və xərclərin səmərəli idarə olunması, qənaətlilik, ehtiyat fondların yaradılması, gözlənilməz xərclərə hazırlıq kimi mövzularda məlumatlar verilib. Həmçinin optimal ailə büdcəsinin hazırlanması əyani şəkildə nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, regionlarda təlimləri Almaniya Əmanətlər Bankı mütəxəssislərinin xüsusi təlim proqramına cəlb etdikləri RİİB nümayəndələri və könüllüləri aparır. Həmin gənclər üç “Yığım Oyunu” təlimini uğurla tamamladıqdan və müvafiq seminarlarda iştirak etdikdən sonra sertifikat alacaq, müstəqil təlimçi kimi fəaliyyət göstərmək şansı qazanacaqlar.

Müxtəlif əhali qruplarının cəlb olunduğu təlimlər indiyədək Göyçay, Zaqatala, Şəki, Lənkəran və Ağdaş rayonlarında təşkil olunub.