“İdeyadan biznesə” (“I2B”) layihəsinin yeni mövsümünə start verilib
Ölkədə
2018-ci ildən icrasına başlanılan “İdeyadan biznesə” (“I2B”) layihəsinin yeni mövsümünə
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin
İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə
start verilib.
Startap
hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək
verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi
məqsədilə həyata keçirilən layihə eyni zamanda, paytaxt və regionlarda
innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının
formalaşdırılmasına xidmət edir.
Hazırda
respublika üzrə layihənin təqdimatları keçirilir və iştirakçıların “http://www.i2b.az” saytı üzərindən qeydiyyatı
aparılır. Məlumat üçün bildiririk ki, yaşı 18-dan yuxarı olan hər kəs 26 may
2022-ci il tarixinədək onlayn qeydiyyatdan keçməklə startap hərəkatına qoşula
bilər.
Startap
turları çərçivəsində iştirakçılara informativ sessiyalar, müxtəlif mövzularda biznestreninqlər,
timbildinqlər və təlimlər keçiriləcək, innovativ və sahibkarlıq bilikləri tədris
ediləcək, ideyaların preinkubasiyası təşkil olunacaq. Regional seçim mərhələsində
isə ideyalar münsiflər heyəti qarşısında təqdim edilərək hər region üzrə aqrar,
turizim, sosial innovasiyalar və yaradıcılıq sənayesi mövzularında qaliblər müəyyənləşdiriləcək.
Həmin layihələr növbəti mərhələdə aparılacaq inkubasiya və treninqlərdə və digər
tədbirlərdə iştirak hüququ qazanacaq. Finala çıxan 12 ən uğurlu startap müstəqil
investorlar qarşısında təqdim ediləcək və qalib startaplara ideyalarını reallaşdırmaq
üçün investlordan və I2B təşkilat komitəsi tərəfindən maliyyə dəstəyi göstəriləcəkdir.