150 +994505000150

"Regional İnkişaf" İctimai Birliyi

Haqqında

"Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Başlıca məqsədi ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərmək olan "Regional İnkişaf" İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətləri və təkliflərinin araşdırılması və aidiyyəti qurumlarla dialoq və əməkdaşlıq şəraitində həlli, müxtəlif sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir. Birliyin fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələrdə regional bölmələri var.

WhatsApp

video və foto göndər

+994 50 500 01 50

150 Çağrı mərkəzi

REGİONAL BÖLMƏLƏR

Bakı REGİONAL BÖLMƏSİ:

Bakı

Abşeron-Xızı REGİONAL BÖLMƏSİ:

Sumqayıt,Abşeron və Xızı rayonlarını əhatə edir.Regional mərkəzi isə Sumqayıt şəhərində fəaliyyət göstərir

Gəncə-Daşkəsən REGİONAL BÖLMƏSİ:

Gəncə və Naftalan şəhərlərini, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə edir. Regional mərkəz isə Gəncə şəhərində fəaliyyət göstərir.

Qarabağ REGİONAL BÖLMƏSİ:

Xankəndi şəhəri,Tərtər, Bərdə,Xocalı, Şuşa,Xocavənd, Ağcabədi, Ağdam,Füzuli rayonlarını əhatə edir. Regional Mərkəz isə Tərtər şəhərində fəaliyyət göstərir.

Qazax-Tovuz REGİONAL BÖLMƏSİ:

Ağstafa,Gədəbəy,Qazax,Şəmkir və Tovuz rayonlarını əhatə edir.Regional mərkəz isə Şəmkir şəhərində fəaliyyət göstərir.

Lənkəran-Astara REGİONAL BÖLMƏSİ

Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının ərazisini əhatə edir. Mərkəz Lənkəran şəhərindədir.

Mərkəzİ Aran REGİONAL BÖLMƏSİ:

Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarını və Mingəçevir şəhərini əhatə edir. Regional mərkəz isə Yevlax şəhərində fəaliyyət göstərir.

Mİl-Muğan REGİONAL BÖLMƏSİ:

Beyləqan,İmişli,Saatlı və Sabirabad rayonlarını əhatə edir. Regional mərkəz isə İmişli şəhərində fəaliyyət göstərir.

Şəkİ-Zaqatala REGİONAL BÖLMƏSİ:

Şəki, Qəbələ, Zaqatala, Qax, Oğuz, Balakən rayonlarını əhatə edir. Regional mərkəz isə Şəki şəhərində fəaliyyət göstərir.

Şərqİ Zəngəzur REGİONAL BÖLMƏSİ:

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarını əhatə edir.

Şİrvan-Salyan REGİONAL BÖLMƏSİ:

Salyan,Biləsuvar, Hacıqabul, Neftçala rayonlarını və Şirvan şəhərini əhatə edir. Regional mərkəz isə Salyan şəhərində fəaliyyət göstərir.