“İmişli gəncləri üçün liderlik məktəbi" layihəsinin növbəti mərhələsinin icrasına başlanılıb
"Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən “İmişli gəncləri üçün liderlik məktəbi" layihəsinin növbəti mərhələsinin icrasına başlanılıb.
İyunun 12-də layihənin açılışı və
iştirakçılarla tanışlıq görüşü keçirilib, layihənin məqsədinin gənclərin
liderlik bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr
qazanmasına, eyni zamanda strateji idarəetmə, problem həll etmə, effektiv
kommunikasiya və yaradıcı düşüncə kimi liderlik keyfiyyətlərinə yiyələnməsinə dəstək
vermək olduğu bildirilib.
Sonra gənclərin bir-birini tanıması üçün
interaktiv "CV hazırlama" oyunu keçirilib, həmçini onlara layihədən
olan gözləntilərini yazılı olaraq təqdim etmək imkanı yaradılıb. Layihə boyu gənclərə
müxtəlif məzmunlu təlimlər keçəcək təlimçi Tofiq Sadıxov qeydlər əsasında gənclərin
şəxsi inkişaf maraqlarını müəyyən edib.
"Sən kimsən?" sualı əsasında
qurulmuş vörkşopun sonunda təlimçi ümumi nəticələri təhlil edib, iştirakçılar
isə öz təəsüratlarını, vörkşopun çətin və asan tərəflərini, həmçinin digər
iştirakçılardan eşitdikləri maraqlı məlumat və təcrübələri bölüşüblər.
Tədbir “Biz kimik, biz nə bacarırıq və biz nə istəyirik?” suallarına cavab hazırlanan qrup işi ilə yekunlaşıb. Suallara daha dolğun cavab verən komanda təqdimatla çıxış edib.