“İnklüziv təhsil üzrə ixtisasartırma proqramı” hazırlanıb
bp-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanmış “İnklüziv təhsil üzrə ixtisasartırma proqramı” Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun və struktur baxımından ixtisasartırma proqramı kimi təsdiq olunub.
Müəllimlərə inklüziv təhsillə
bağlı praktik səriştələr və metodik bacarıqlar aşılayan, eləcə də onları tətbiqi
alətlərlə təmin edən təlim proqramı fərqli əlillik formalarında olan
şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə
uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə layihə üzrə mütəxəssis qismində
cəlb edilmiş türkiyəli ekspert, Yenilikçi Öğrenme Merkezinin təsisçisi Kayhan
Karlı, inklüziv təhsil üzrə ekspertlər Gülşən Eminova və Lamiə
Hacımuradova tərəfindən hazırlanıb.
Qeyd edək ki, proqram əsasında
indiyədək ölkə üzrə 20-dən çox peşəkar təlimçi və pilot inklüziv orta məktəblərdə
çalışan, ümumilikdə 270 nəfərdən çox müəllim təlimlərdən keçib.