150 +994505000150

“Güclü cəmiyyətin zərif simaları” layihəsi həyata keçirilir

19 aprel 2024
Paylaş
“Güclü cəmiyyətin zərif simaları” layihəsi həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” adlı layihəyə start verilib.

Layihənin məqsədi regionalarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etməkdir.

Bu məqsədlə aprelin 19-da Quba və Xaçmaz rayonlarında ölkəmizdə fərqli sahələrdə uğur qazanmış qadınlarla TEDx formatında görüş təşkil olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan qadınının yüksək insani keyfiyyətlərindən, mənəvi dəyərlərin formalaşması, inkişafı, qorunması və nəsildən-nəslə ötürülməsində müstəsna rolundan danışıb, tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllində qadınların öz sanballı töhfələrini verməsinə diqqət çəkiblər. Həmçinin bildirilib ki, dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsi olaraq ölkəmizdə qadınların səlahiyyətləndirilməsi, onların cəmiyyətin hər sahəsində öz potensiallarını reallaşdırması və layiqli mövqe tutması üçün geniş imkanlar yaradılır. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihə və tədbirlərin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Tədbirlər Qərbi Kaspi Universitetinin Kollecinin direktoru Emilya Səfərəliyeva və “Safavy” onlayn təhsil platformasının həmtəsisçisi və icraçı direktoru, həmçinin şəxsi inkişaf üzrə mentor Könül Quliyevanın TEDx formatında təşkil olunan çıxışları ilə davam edib.

Qeyd edək ki, il ərzində Şəki, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində, Şəmkir, Qax, Zaqatala və Masallı rayonlarında da belə görüşlərin keçirilməsi nəzərdə tutulur.



FOTO