150 +994505000150

Regionlarda innovativ tədqiqat təşəbbüslərinin dəstəklənməsi məqsədilə layihə icra edilir

16 oktyabr 2023
Paylaş
Regionlarda innovativ tədqiqat təşəbbüslərinin dəstəklənməsi məqsədilə layihə icra edilir

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsinin icrasına başlanılıb.

Regionlarda innovasiya və dördüncü sənaye inqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi, bu istiqamətdə baş verən proseslər və icra olunan fəaliyyətlərlə bağlı region gəncləri arasında məlumatlılığın artırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində 14 -15 oktyabr tarixlərində Lənkəran şəhərində təlim təşkil edilib.

Təlimçi Rafat Şirəliyev tərəfindən iştirakçılara innovasiya və startap nədir, onlar arasında əlaqə necə qurulur, innovativ ideyaların formalaşdırılması, innovasiya fəaliyyətinin strategiyası, digital marketinq və bu kimi digər mövzular üzrə ətraflı məlumat verilib. Daha faydalı informasiyanın araşdırılması və təhlili üzrə fərdi tapşırığı yerinə yetirən təlim iştirakçıları, yeni ideyaların formalaşdırılması  və ideyanın marketinq planının qurulması üzrə qrup işi icra edib, komanda halında hazırladıqları potensial layihə təkliflərinin təqdimatını keçiriblər. Təqdim edilən layihələr  müzakirə olunub və bütün mövzular üzrə ümumi sual-cavab aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi üzrə növbəti təlimlərin Gəncə və Zaqatalada keçirilməsi nəzərdə tutulur.


FOTO