150 +994505000150

RİİB-in dəstəyi ilə İmişli rayonunda tibbi müayinələr keçirilib

17 iyul 2017
Paylaş
RİİB-in dəstəyi ilə İmişli rayonunda tibbi müayinələr keçirilib

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə 12-15 iyul tarixlərində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə, müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb.  

Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən  ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəp gözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçib.

Müayinə olunanlardan 7-i Səyyar Klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub. RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.