RİİB könüllüləri “Heydər zirvəsi”nə yürüş edib
Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqaz Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşdə iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan yürüşü uğurla başa vuran RİİB könüllülərinə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları və “Heydər zirvəsi”nə yürüşün təşkilində göstərdiyi dəstəyə görə Regional İnkişaf İctimai Birliyinə təşəkkürnamə təqdim olunub.