“İnklüziv təhsil dəyərlərdən başlayır!” adlı sosial çarx hazırlanıb
“Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində sosial çarx hazırlanıb.
“İnklüziv təhsil
dəyərlərdən başlayır!” adlı sosial çarxın əsas ideyası inklüziv cəmiyyətin
inkişafında əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətinin vacibliyini
vurğulamaq və inklüziv dəyərləri cəmiyyətə aşılamaqdır.
Qeyd edək ki, 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlilliyi olan şəxslərin
hüquqlarının qorunması, onların sosial təminatlarının gücləndirilməsi,
reabilitasiyası, cəmiyyətə inteqrasiya imkanlarının artırılması və digər
istiqamətlərdə mühüm işlər həyata keçirilir.
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının
artırılması” layihəsi də ölkədə inklüziv təhsil üzrə müəllim hazırlığı və
ixtisasartırmaya dəstək olmaqla yanaşı, əlilliyi olan şəxslərə qarşı mövcud
streotiplərin aradan qaldırılması, onların bərabərhüquqlu üzv kimi cəmiyyətə
inteqrasiyası baxımından əhəmiyyətlidir.