İnklüziv təhsil qanunvericiliyinin təhlili ilə bağlı onlayn görüş keçirilib
Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Azərbaycanda mövcud inklüziv təhsil qanunvericiliyi və siyasətinin təhlili mövzusunda onlayn görüş təşkil olunub.
Görüş inklüziv təhsilə dair Azərbaycan Respublikası
qanunvericiliyinin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Konvensiyasının tələblərinə uyğunlaşdırılması üzrə təkliflərin layihənin hədəf
regionlarından olan ictimaiyyət nümayəndələri ilə müzakirəsi məqsədilə
keçirilib.
Müzakirələrin sonunda görüş iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb, həmçinin, inklüziv təhsillə bağlı qanunvericilikdə və
siyasətdə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr
təqdim olunub.
Xatırladaq ki, layihə tərəfindən aparılan təhlilin əsas məqsədi
mövcud qanunvericiliyin güclü və zəif tərəflərinin, eləcə də mövcud boşluqların
müəyyən edilməsi, Azərbaycanın ümümtəhsil sistemi çərçivəsində inklüziv
təhsilin tətbiqi üçün strateji inkişaf yolunun müəyyən edilməsinə yönəlik
tövsiyələrin təklif olunmasından ibarətdir.