Bakı REGİONAL BÖLMƏSİ:
Bakı
Naxçıvan REGİONAL BÖLMƏSİ:
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. Regional mərkəzi isə Naxçıvan şəhərində fəaliyyət göstərir.
Abşeron-Xızı REGİONAL BÖLMƏSİ:
Sumqayıt, Abşeron və Xızı rayonlarını əhatə edir. Regional mərkəzi isə Sumqayıt şəhərində fəaliyyət göstərir
Dağlıq ŞİRVAN REGİONAL BÖLMƏSİ
İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarını əhatə edir. Mərkəz Şamaxı şəhərindədir.
Gəncə-Daşkəsən REGİONAL BÖLMƏSİ:
Gəncə və Naftalan şəhərlərini, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə edir. Regional mərkəz isə Gəncə şəhərində fəaliyyət göstərir.
Qarabağ REGİONAL BÖLMƏSİ:
Xankəndi şəhəri, Tərtər, Bərdə, Xocalı, Şuşa, Xocavənd, Ağcabədi, Ağdam, Füzuli rayonlarını əhatə edir. Regional Mərkəz isə Tərtər şəhərində fəaliyyət göstərir.
Qazax-Tovuz REGİONAL BÖLMƏSİ:
Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edir. Regional mərkəz isə Şəmkir şəhərində
fəaliyyət göstərir.
Quba-Xaçmaz REGİONAL BÖLMƏSİ
Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını əhatə edir. Regional mərkəz isə Quba şəhərində
fəaliyyət göstərir.
Lənkəran-Astara REGİONAL BÖLMƏSİ
Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının ərazisini əhatə edir. Mərkəz Lənkəran şəhərindədir.
Mərkəzİ Aran REGİONAL BÖLMƏSİ:
Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarını və Mingəçevir şəhərini
əhatə edir. Regional mərkəz isə Yevlax şəhərində fəaliyyət göstərir.
Mİl-Muğan REGİONAL BÖLMƏSİ:
Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarını
əhatə edir. Regional mərkəz isə İmişli şəhərində fəaliyyət göstərir.
ŞƏKİ-Zaqatala REGİONAL BÖLMƏSİ:
Şəki, Qəbələ, Zaqatala, Qax, Oğuz, Balakən rayonlarını əhatə edir. Regional mərkəz isə Şəki şəhərində
fəaliyyət göstərir.
ŞƏRQİ Zəngəzur REGİONAL BÖLMƏSİ:
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarını əhatə edir.
ŞİRVAN-Salyan REGİONAL BÖLMƏSİ:
Salyan, Biləsuvar, Hacıqabul, Neftçala rayonlarını və Şirvan şəhərini əhatə edir. Regional mərkəz isə Salyan şəhərində fəaliyyət göstərir.