150 +994505000150

RİİB-in dəstəyi ilə “Öz işini qur” layihəsi həyata keçirilib

04 mart 2019
Paylaş
RİİB-in dəstəyi ilə “Öz işini qur” layihəsi həyata keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Gəncə şəhərində həyata keçirilən “Öz işini qur” layihəsinin bağlanış mərasimi olub.  

İlkin mərhələdə - fevralın 22-dən 24-dək Gəncə şəhərində  layihədə iştirak edən gənclərə Azərbaycanda sahibkarlıq, bazarın araşdırılması və marketinq, biznes ideyalarının formalaşdırılması, büdcə planının hazırlanması və biznes planın yazılması qaydaları üzrə təlim keçilib. Eyni zamanda iştirakçılara təqdimat bacarıqlarının artırılması,  biznes planların ilkin təqdimatı ilə bağlı məlumatlar verilib. Təlimin yekununda iştirakçılar komandalara bölünərək öz ideayalarını formalaşdırıblar. Bağlanış tədbirində komandaların həmin ideyalar əsasında hazırladıqları biznes planlar münsiflər heyəti tərəfindən qiymətləndirib. Seçilmiş ideyaların biznesə çevrilməsinə dəstək göstərilməsi üçün müvafiq qurumlara yönləndiriləcək.

 Qeyd edək ki, “Öz işini qur” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) 11-ci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi regionlarda gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etməklə, onların ideyalarının reallaşdırılmasına və özünəməşğulluğun inkişafına dəstək göstərməkdir.