150 +994505000150

“Yol hərəkəti qaydalarını öyrənək” layihəsi çərçivəsində məktəblilər üçün təlimlər təşkil edilib

20 fevral 2019
Paylaş
“Yol hərəkəti qaydalarını öyrənək” layihəsi çərçivəsində məktəblilər üçün təlimlər təşkil edilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək” layihəsi çərçivəsində Şirvan, Mingəçevir və Naftalan şəhərində məktəblilər üçün maarifləndirici təlimlər keçirilib. 19-21 fevral tarixlərində təşkil olunan təlimlər 300-dən çox məktəblini əhatə edib.

AAF mütəxəssisələri yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatda davranış qaydaları, yol nişanları və digər mövzularda çıxışlar edib, videoçarx və əyani vəsaitlər nümayiş olunub.

Təlimlərdə fərqlənən iştirakçılara Azərbaycan Avtomobil Federasiyasının “Uşaqlar üçün yol hərəkəti qaydaları” adlı nəşri hədiyyə olunub, iştirakçılara sertifikatlar verilib.

RİİB-in qeyd edilən layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olub.