150 +994505000150

Şəmkirdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

13 oktyabr 2017
Paylaş
Şəmkirdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün Oktyabrın 13-də Şəmkir  rayonunda meyvə bağları salınıb.

 

Ağacəkmə aksiyası zamanı Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 2,5 hektarda 1200 meyvə ağacı əkilib. Salınan meyvə bağı Şəmkir rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələri arasında bölünərək onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

 

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

 

Gələcəkdə layihənin digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı rayonunda salınıb və 3 aztəminatlı ailənin təmənnasız istifadəsinə verilib.