150 +994505000150

RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında ümumrespublika “açıq qapı" günü keçirilib

26 avqust 2017
Paylaş
RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında ümumrespublika “açıq qapı" günü keçirilib

Avqustun 26-da Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxanada ödənişsiz tibbi müayinələr keçirilib.

 

Müayinələr kardioloji, urololoji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyyə, nevrologiya, ginekologiya, oftalmologiya və digər sahələri əhatə edib.

 

Xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan sakinlər ödənişsiz müayinələrdən keçirilib  və nəticələrdən asılı olaraq müalicələr təyin edilib.

 

Mərkəzi Neftçilər Xəstəxanasının  poliklinikasında  ümumi müayinələr avqustun 26-da aparılıb, Ürək və Damar Cərrahiyəsi şöbəsində 18 yaşına gədər olan uşağların  fiziki və EXO kardioqrafiya müayinəsi isə 3 gün davam edib.

 

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar təşkil edir.