“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verdi
“Regional İnkişaf” İctimai
Birliyi (RİİB) müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan
www.teklifimvar.az portalını istifadəyə verib. Portal əhalini ölkənin
sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində
fəal iştiraka təşviq etməklə yanaşı, ictimai nəzarətin gücləndirilməsinə töhfə
məqsədi daşıyır.
İnternet resursunda qeydiyyatdan
keçən istifadəçilərin təklifləri araşdırıldıqdan və seçildikdən sonra onların
reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata
keçiriləcək. Nəticələrə dair məlumatlar portalda yerləşdiriləcək və bununla da
ictimaiyyətin prosesi izləməsi mümkün olacaq.
Xatırladaq ki, “Regional İnkişaf”
İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin
araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəratində həlli, eləcə də
elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin
icrası istiqamətində fəaliyyət göstərir.