“Kəndimi tanı” virtual layihəsi həyata keçirilir
“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin
təqdimatında “Kəndimi tanı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırlanan
videoçarxlar vasitəsilə könüllülər yaşadıqları kəndin tarixini, təbiət və məişətini,
adət-ənənələrini, tarixi şəxsiyyətlərini izləyicilərə tanıdırlar.
Layihənin məqsədi gəncləri yaşadıqları ərazi barədə
daha çox məlumat toplamağa təşviq etmək, eləcə də ölkəmizin qədim yaşayış məskənləri
barədə gənclərin məlumatlılığını artırmaqdır.
Artıq Daşkəsən rayonunun Quşçu, Astara rayonunun
Ərçivan və Quba rayonunun Xınalıq kəndindən hazırlanan videoçarxlar izləyicilərin
böyük marağına səbəb olub.
Könüllülərin iştirakı ilə layihənin ölkə üzrə davam
etdirilməsi nəzərdə tutulur.