150 +994505000150

“Kitab estafeti” layihəsinə start verilib

23 sentyabr 2020
Paylaş
“Kitab estafeti” layihəsinə start verilib

“Regional İnkişaf” İctimai Birliyi Bakı Kitab Mərkəzi ilə birlikdə “Kitab estafeti” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müasir Azərbaycan ədəbiyyatının nümayəndələrindən olan, “Qızıl Qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlının əsərləri müxtəlif şəhər və rayonlardan layihəyə qoşulan gənclərə təqdim ediləcək.

Layihənin məqsədi gənclərin bədii qiraətə, eyni zamanda müasir Azərbaycan ədəbiyyatına olan marağını artırmaq, onların fərdi inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.

Gənclər kitabları oxuduqdan sonra qeydiyyat blankına müvafiq məlumatları əlavə edərək, poçt vasitəsilə digər şəhər və rayonlarda yaşayan oxuculara göndərəcəklər.

Layihədə iştirak etmək istəyənlər RİİB könüllülərinin @riibvolunteers “Instagram”  səhifəsi vasitəsilə müraciət edə bilərlər.

3 ay davam edəcək layihənin yekununda iştirakçıların yazıçı ilə görüşü təşkil olunacaq.