150 +994505000150

“Muzey və tarixi abidələrə virtual səyahət” layihəsi həyata keçirilir

07 sentyabr 2020
Paylaş
“Muzey və tarixi abidələrə virtual səyahət” layihəsi həyata keçirilir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların ölkəmizin zəngin tarixi, mədəniyyəti, incəsənəti və milli-mənəvi dəyərləri barədə məlumatlılığının artırılması məqsədilə “Muzey və tarixi abidələrə virtual səyahət”  layihəsi həyata keçirir.

Layihə çərçivəsində paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif muzeylər və tarixi abidələr barədə könüllülərin təqdimatında videoçarxlar hazırlanaraq RİİB-in  “@riibvolunteers” instagram və digər sosial səhifələrində, eləcə də “Youtube” kanalında yerləşdirilir.  

Bugünədək Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə onlayn səyahət, həmçinin, Şəki Xan Sarayına, Bərdə rayonunda yerləşən Tarix Diyarşünaslıq Muzeyi, Tərtər çayı üzərində yerləşən VII-XI əsrlərə aid qədim körpü və XIV əsrə aid “Allah-Allah” türbəsinə, Lənkəran rayonunda yerləşən Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ev muzeyi və “Dairəvi Qala” memarlıq abidəsinə virtual ekskursiyalar təşkil edilib.

Könüllülərin marağını nəzərə alaraq, layihənin respublikanın bütün şəhər və regionlarında keçirilməsi nəzərdə tutulur.