150 +994505000150

RİİB könüllülərin fərdi inkişafına dəstək məqsədilə təlim-seminarlar təşkil edir

16 fevral 2020
Paylaş
RİİB könüllülərin fərdi inkişafına dəstək məqsədilə təlim-seminarlar təşkil edir

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar “Regional İnkişaf” İctimai Birliyi (RİİB) “Könüllülərin fərdi inkişafına dəstək” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda müxtəlif mövzularda təlim-seminarlar təşkil edir. Layihə çərçivəsində növbəti tədbir fevralın 16-da Etika Akademiyası ilə birlikdə Mingəçevir Heydər Əliyev Mərkəzində keçirilib.

“Müasir dövrümüzün etiketi” mövzusunda təşkil olunan təlim-seminarda regiondan olan, ümumilikdə 100-dan çox RİİB könüllüsü və gəncə işgüzar görüşlərin keçirilməsində davranış qaydaları, geyim tərzi, jestlər, natiqlik, vaxtın idarə olunması, özünə inam və təqdim etmə bacarıqları və digər məsələlər barədə nəzəri və praktiki məlumatlar verilib.

Təlim-seminarların ölkənin bütün regionalarında keçirilməsi nəzərdə tutulur.