150 +994505000150

RİİB könüllü gənclər üçün “Mentorluq” layihəsi keçirir

14 fevral 2020
Paylaş
RİİB könüllü gənclər üçün “Mentorluq” layihəsi keçirir

“Regional İnkişaf” İctimai Birliyi “Təcrübə və inkişaf proqramı” çərçivəsində könüllü gənclərin bilik və bacarıqlarının artırılması, dünyagörüşlərinin inkişaf etdirilməsi və təcrübə qazanmalarına şərait yaratmaq məqsədi ilə “Mentorluq” layihəsinə start verib. Layihə çərçivəsində 18-25 yaş arası gənclər 1 ay müddətində müxtəlif dövlət və özəl müəssisələrdə peşəkər mentorlarla işləyərək, onların təcrübələrindən yararlanmaq imkanı əldə edəcəklər. 3 ay davam edəcək layihə Bakı şəhəri və regionlardan olan ümumilikdə 200 gənci əhatə edəcək.

Layihədə iştirak etmək istəyən gənclər bu link  vasitəsi ilə cari ilin 29 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər. Sonrakı mərhələdə iştirakçılarla bağlı fərdi təcrübə proqramları hazırlanaraq həyata keçiriləcək.

Qeyd edək ki, “Təcrübə və inkişaf proqramı”nın əsasında öyrənmə və özünü inkişaf strategiyası durur. Layihə gənclərə təcrübə qazanaraq karyeralarında növbəti uğurlu addım atmaq imkanı yaratmaqla yanaşı, onların sosial şəbəkələşməsinə də xidmət edir.

Proqramda iştirakla bağlı bütün suallar (012)5050150 və “150” əlaqə telefonları və info@riib.az email ünvanı vasitəsi ilə cavablandırılır.