Heydər Əliyev
Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində
qalib olmuş “Çərpələng uşaq proqramı” layihəsinin icrasına
başlanılıb.
Qüdrət Əliyev tərəfindən
müsabiqəyə təqdim edilən layihə çərçivəsində
uşaqlar üçün yeni yaradılan 20 nağıldan ibarət mobil tətbiq yaradılacaq. Azərbaycan və dünya ədəbiyyatından seçilən nağıllar əsasında
hazırlanacaq mobil tətbiqdə əlavə olaraq oyunlar da yerləşdiriləcək.
Proqram valideynlərin nəzarəti ilə idarə olunacaq və onlar
övladlarının yaşına uyğun bölmələri tənzimləyə, eyni zamanda proqramdan nə dərəcədə
səmərəli istifadə etmələrini izləyə biləcəklər.
Sözügedən portal uşaqların sosial inkişafına və
dünyagörüşünün formalaşmasına, həmçinin yeni texnologiyalardan daha
faydalı istifadəsinə imkan yaradacaq.
Xatırladaq ki,
“Sosial layihələr” müsabiqəsi
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin
inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə həyata keçirilir.