Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib
Azərbaycan Avtomobil Federasiyası və “Regional
İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş Bakı – Tərtər marşrutu üzrə
“Offroad” yürüşü keçirilib.
Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından başlanan
“Offroad” yürüşü Tərtər rayonunda başa çatıb. İştirakçılar rayonda keçirilən “Bayraq yürüşü”nə qatılıb, həmçinin minlərlə rayon sakininə Azərbaycan bayraqları
hədiyyə ediblər.
“Offroad” yürüşünün iştirakçıları daha sonra Tərtər rayonu ərazisində yerləşən
“N” saylı hərbi hissəyə baş çəkib, Bayraq Günü münasibəti ilə əsgərləri təbrik
edərək, onlara hədiyyələr təqdim ediblər.
Tədbir iştirakçıları həmçinin cəbhə zonasında ön xəttdə yerləşən hərbi bölmələrdə
xidmət göstərən əsgərlərlə də görüşüblər.