150 +994505000150

RİİB-in nümayəndə və könüllüləri beynəlxalq təlimçi sertifikatı əldə ediblər

18 oktyabr 2019
Paylaş
RİİB-in nümayəndə və könüllüləri beynəlxalq təlimçi sertifikatı əldə ediblər

“Regional İnkişaf” İctimai Birliyi və Almaniyanın Əmanətlər Bankının birgə həyata keçirdiyi “Regionlarda əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində paytaxt və regionlarda təlimçi kimi fəaliyyət göstərən İctimai Birliyin nümayəndələri və könüllülərinin biliklərinin attestasiyası və sertifikatlaşıdırılması həyata keçirilib. Oktyabrın 16-18-də Bakı şəhərində təşkil olunan tədbirdə təlimçilər verilən tapşırıqlar üzrə təqdimatlar edib, maliyyə svadlılığı üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Daha sonra şifahi və yazılı imtahanlara qatılan təlimçilərin nəticələri Almaniyadan dəvət edilmiş mütəxəssislər tərəfindən qiymətləndirilib.

Yekunda imtahanda iştirak edən gənc təlimçilərdən uğurlu nəticə göstərən 8 nəfərə beynəlxalq sertifikatlar təqdim olunub. Sertifikat onlara maliyyə savadlılığı sahəsində müstəqil təlimçi kimi fəaliyyət göstərmək imkanı verəcək.

Xatırladaq ki, bugünədək paytaxt və regionlarda maliyyə savadlılığının artırılması ilə bağlı təşkil olunan təlimlər müxtəlif əhali qruplarından olan 2000-dən çox insanı əhatə edib.