150 +994505000150

RİİB Yevlax rayonunda “Yığım oyunu” təlimi təşkil edib

21 iyun 2019
Paylaş
RİİB Yevlax rayonunda “Yığım oyunu” təlimi təşkil edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Almaniya Əmanətlər Bankının birgə reallaşdırdığı “Əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Yevlax rayonunda təşkil olunub. Müxtəlif əhali qruplarından olan iştirakçılara ailə büdcəsinin düzgün idarə olunması, gəlir və xərclərin optimallaşdırılması, maliyyə risklərinin azaldılması və digər mövzularda nəzəri və praktiki məlumatlar verilib, eləcə də maarifləndirici materiallar paylanılıb.

Xatırladaq ki, təlimlər Almaniya Əmanətlər Bankının mütəxəssisləri tərəfindən xüsusi təlim keçmiş RİİB nümayəndələri və könüllüləri tərəfindən aparılır.

          2018-ci ilin dekabr ayından icrasına başlanan layihə çərçivəsində bugünədək 650-dən çox region sakini müvafiq təlimlərə cəlb olunub. Təlimlər 2020-ci ilin sonunadək davam edəcək.