150 +994505000150

“II LCOY Azərbaycan 2026 – İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı”nın ilk günü ADA Universitetində uğurla keçirilib

13 sentyabr 2026
Paylaş
“II LCOY Azərbaycan 2026 – İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı”nın ilk günü ADA Universitetində uğurla keçirilib

11 sentyabr tarixində “II LCOY Azərbaycan 2026 – İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı”nın ilk günü ADA Universitetində uğurla keçirilib.

Konfransın açılışında dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların, akademik dairələrin nümayəndələri gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu, qərar qəbuletmə proseslərində iştirakı və dayanıqlı gələcəyin formalaşdırılmasında gənc liderliyin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Günün birinci yarısında dayanıqlı infrastruktur, yaşıl şəhərsalma, ekoloji qida sistemləri və iqlimə uyğun kənd təsərrüfatı mövzularını əhatə edən plenar sessiya keçirilib.
İkinci yarıda isə gənclər praktiki sessiyalarda iştirak edərək Milli Gənclər Bəyanatının hazırlanması istiqamətində çalışıblar.
II LCOY Azərbaycan 2026 “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi, ADA Universiteti, Bakı Dövlət Universiteti və “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.