“Xəzər Dənizi Fəaliyyət Həftəsi 2026” çərçivəsində beynəlxalq ekoloji aksiya keçirilib
8 avqust 2026
Paylaş
Avqustun 8-də Qazaxıstan Milli Könüllülər Şəbəkəsi, Rusiya Gənclər Agentliyi (Rosmolodyoj), “Dobro.rf” Assosiasiyası, Dağıstan Respublikasının Gənclər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər İli”nə həsr olunmuş “Xəzər Dənizi Fəaliyyət Həftəsi 2026” çərçivəsində beynəlxalq ekoloji aksiya keçirilib.
Aksiya çərçivəsində Bakı və Xaçmaz şəhərlərində İctimai Birliyin könüllüləri tərəfindən sahil zolağı plastik və digər tullantılarıdan təmizlənib.
Qeyd edək ki, eyni vaxtda Azərbaycanın Bakı və Xaçmaz şəhərlərində, Rusiyanın Mahaçqala, İzberbaş və Dərbənd şəhərlərində, eləcə də Qazaxıstanın Aktau və Atırau şəhərlərində keçirilən beynəlxalq ekoloji aksiyanın əsas məqsədi Xəzəryanı regionda ekoloji əməkdaşlığın gücləndirilməsi, beynəlxalq könüllülük fəaliyyətinin təşviqi və Xəzər dənizinin təmizliyinin qorunması, eləcə də sahil zolağının tullantılardan təmizlənməsi, ətraf mühitin mühafizəsi və ekoloji dəyərlərin təbliği olub.

