150 +994505000150

“Məndən yox, Mənimlə danış” layihəsinin komandası ilə görüş keçirilib

29 iyul 2026
Paylaş
“Məndən yox, Mənimlə danış” layihəsinin komandası ilə görüş keçirilib

ADA Universitetinin “Hacı Zeynalabdin Tağıyev Mükafatı” müsabiqəsində III yerə layiq görülən “Məndən yox, Mənimlə danış” layihəsinin komandası ilə görüş keçirilib.

Görüşdə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev layihə komandasının üzvlərini qazandıqları uğur münasibətilə təbrik edib, gənclərin cəmiyyətin problemlərinə həssas yanaşmasını, yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməsini, təşəbbüskarlığını və layihənin həyata keçirilməsi istiqamətində göstərdikləri fəaliyyəti yüksək qiymətləndirib.


Məhəmməd Abdullayev, həmçinin gənclərin sosial əhəmiyyətli təşəbbüslərdə fəal iştirakının cəmiyyət üçün faydalı ideyaların reallaşdırılmasına, inklüziv dəyərlərin təşviqinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, bu kimi layihələrin gənclərin potensialının üzə çıxarılması və sosial innovasiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayaraq, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Qeyd edək ki, layihə “Əlil Təşkilatları İttifaqı”, “Birgə və Sağlam” İctimai Birliyi, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi və “Kashalata” kafesinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin isə təşkilati dəstəyi ilə həyata keçirilib.


FOTO