150 +994505000150

Özbəkistan Respublikasında Mərkəzi Asiya və Azərbaycan Könüllülər Akademiyasının yaradılmasına dair memorandum imzalanıb

16 iyun 2026
Paylaş
Özbəkistan Respublikasında Mərkəzi Asiya və Azərbaycan Könüllülər Akademiyasının yaradılmasına dair memorandum imzalanıb

İyunun 10-da Özbəkistan Respublikasında könüllülük sahəsində regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş görüş keçirilib. Tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Rusiyadan könüllü təşkilatlarının nümayəndələri, gənc liderlər və fəallar iştirak ediblər.

Görüşdə Özbəkistan Prezidentinin müşaviri, Özbəkistan Prezidentinin Administrasiyası yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Allayarov, direktor müavini Şahnoza Mirziyoyeva və Özbəkistan Milli Paralimpiya Komitəsinin sədri Muxtorxon Taşhociyev iştirak edərək müxtəlif ölkələrdən olan nümayəndələrin təqdimatlarınıı dinləyib, iştirakçılarla könüllülük və gənclərin inkişafı sahəsində həyata keçirilən təşəbbüslərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Tədbirdə “Regional İnkişaf” İctimai Birliyini Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva və Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova təmsil ediblər. Çıxışlar zamanı Azərbaycanda könüllülük hərəkatının inkişafı, beynəlxalq tədbirlərdə könüllülərin idarə olunması təcrübəsi və region ölkələri arasında əməkdaşlıq imkanları barədə məlumat verilib.
Tədbirin yekununda Mərkəzi Asiya və Azərbaycan Könüllülər Akademiyasının yaradılmasına dair memorandum imzalanıb. Memorandum könüllülərin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi və region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.
Memorandum “Regional İnkişaf” İctimai Birliyi adından Adilə Əliyeva tərəfindən imzalanıb.