150 +994505000150

Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş gənclərin incəsənət müsabiqəsi keçirilib

7 iyun 2026
Paylaş
Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş gənclərin incəsənət müsabiqəsi keçirilib

İyunun 5-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, "Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş gənclərin incəsənət müsabiqəsi keçirilib.

İyunun 5-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, "Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş gənclərin incəsənət müsabiqəsi keçirilib.
Müsabiqə çərçivəsində iştirakçıların ətraf mühitin qorunması, iqlim dəyişiklikləri və dayanıqlı gələcəklə bağlı düşüncələrini əks etdirən rəsm əsərləri sərgilənib. Təqdim olunan əsərlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iştirakçıları salamlayaraq Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətindən, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən təşəbbüslərdən və gənclərin bu sahədə fəal iştirakının vacibliyindən bəhs edib.
Müsabiqənin münsiflər heyətini təmsil edən Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Akademik rəngkarlıq və kompozisiya kafedrasının müdiri Ramil Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü Nigar Həlimova və Azərbaycan Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq və kompozisiya kafedrasının müəllimi Fəxri Musazadə çıxışlarında müsabiqəyə təqdim olunan əsərlər, gənclərin yaradıcılıq potensialı və incəsənətin ekoloji maarifləndirmədə rolu ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektor vəzifəsini icra edən Limunə Yadigarova, COP29 Gənclər üzrə İqlim Çempionu və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış edərək gənclərin ətraf mühitin qorunması istiqamətində təşəbbüslərinin və yaradıcılıq fəaliyyətlərinin əhəmiyyətini vurğulayıblar.
Sonda müsabiqənin qalibləri elan olunub və mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin kreativ düşüncəsini təşviq etmək, onların səsini daha geniş auditoriyaya çatdırmaq, ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı maarifləndirməni gücləndirmək, eləcə də gənclərin bu sahədə düşüncə və baxışlarını incəsənət vasitəsilə ifadə etmələrinə şərait yaratmaq olub.