Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecindən bir qrup tələbə “Regional İnkişaf” İctimai Birliyinin qonağı olub
Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecindən bir qrup tələbə üçün “Regional İnkişaf” İctimai Birliyinin ofisində görüş təşkil edilib.
Görüş zamanı İctimai Birliyin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva tərəfindən qurumun fəaliyyət istiqamətləri, layihələr və gənclərlə iş istiqamətində görülən işlər barədə qonaqlara təqdimat keçirilib. Daha sonra qonaqlar şöbələrin fəaliyyəti ilə tanış olublar.
Görüş çərçivəsində tələbələr üçün Zəfər Muzeyinə ekskursiya da təşkil edilib.

