Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olunub
Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyi münasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
https://riib.az/news/787/edit#nav-tab-M%C9%99zmun_ENhttps://riib.az/news/787/edit#nav-tab-M%C9%99zmun_ENENBakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai
Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərdə
fəal olan könüllülər iştirak ediblər. Beş il ərzində görülən işlərin
yekunlarına həsr olunmuş tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək
perspektivlər müzakirə edilib.
Tədbirdəki çıxışlarda qeyd olunub ki, bu gün cənab
Prezidentin çoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə sürətlə
inkişaf edir və bu inkişaf qurumlar-arası birgə uğurlu əməkdaşlıqda da özünü
göstərir. Bundan başqa tədbir iştirakçıları cənab Prezidenti fürsətdən istəfadə
edib doğum günü münasibətilə təbrik edərək əldə olunan şanlı qələbələrə və
uğurlara görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin
könüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətin gücləndirilməsində
və şəhər mühitinin daha səmərəli qorunmasında mühüm rol oynadığı vurğulanıb.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin 10 illik fəaliyyəti
və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə görülən işlərin
yekunlarına dair videoçarx nümayiş olunub.
Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə
seçilən Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarına
təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional
İnkişaf” İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtın daha
abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir və gələcəkdə də birgə
fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində
paytaxtda ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması, abadlıq
və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Birgə
fəaliyyət nəticəsində şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılıb,
mövcud problemlər müəyyən olunaraq onların aradan qaldırılması üçün aidiyyəti
qurumlarla koordinasiyalı işlər görülüb.
Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış
massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata keçirilib.
Monitorinqlər nəticəsində şəhər infrastrukturunun yaxşılaşdırılması, səkilərin
və yolların bərpası, park və yaşıllıq sahələrinin qorunması ilə bağlı konkret təkliflər
hazırlanıb və icrası təmin olunub.
Xüsusilə yaşıllıqların mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyən edilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlara aqrotexniki qulluq göstərilib.

