“AZLİNG 2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
21 oktyabr 2025
Paylaş

15 noyabr 2025-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “AZLİNG 2025-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcəkdir. 2021-ci ildən bəri neftçalalı dilçi alimlərin təşəbbüsü ilə təşkil olunan konfrans Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransda iştirak etmək istəyənlər abstraktlarını 31 oktyabr 2025-ci il tarixinədək təşkilat komitəsinin azling2025@gmail.com e-mail ünvanına göndərə bilərlər.
AZLİNG2025 konfransının mövzuları Azərbaycan dili və müasir dilçilik elminin aktual məsələlərini əhatə edir:
✓ Xalqın milli özünüdərk prosesində Azərbaycan dilinin rolu;
✓ Qloballaşma şəraitində Azərbaycan dilinin tədrisi məsələləri;
✓ Türkdilli dövlətlərdə dil siyasətinin müqayisəli təhlili;
✓ Müasir türkologiyanın aktual problemləri;
✓ Rəqəmsal erada sosiolinqvistik problemlər;
✓ Linqvistik datanın müasir emal metodları;
✓ Süni intellekt erasında Azərbaycan dilinin tərcümə məsələləri;
✓ Azərbaycan dilçiliyində süni intellekt problemi;
✓ Dialekt və şivələr milli- mədəni irs nümunəsi kimi;
✓ Azərbaycan dilinin tipoloji dilçilik istiqamətində tədqiqi məsələləri;
✓ Müasir Azərbaycan ədəbi dili məsələləri;
✓ Azərbaycan dilinin praktik tətbiqi sahələri;
✓ Müasir dilçilikdə qədim yazıların tədqiqi məsələləri.
Abstraktların son qəbul tarixi 31 oktyabr 2025-ci ildir. Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Abstraktlar 250-300 söz həcmində, Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla tərtib edilməlidir. Konfransda məruzə edən iştirakçıların məqalələri linqvistik toplu şəklində çap olunması nəzərdə tutulmuşdur. Konfrans çərçivəsində “Azərbaycan Dilçilik Nailiyyətləri” sərgisi keçiriləcəkdir.