150 +994505000150

“EkoKörpü — Azərbaycan — Qazaxıstan” adlı beynəlxalq ekoloji aksiya təşkil olunub

13 oktyabr 2025
Paylaş
“EkoKörpü — Azərbaycan — Qazaxıstan” adlı beynəlxalq ekoloji aksiya təşkil olunub

Oktyabrın 11-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qazaxıstanın “Eko Mangistau” qeyri-hökumət təşkilatı, Atyrau Vətəndaş Mərkəzi və Qazaxıstan Milli Könüllülər Şəbəkəsinin birgə təşkilatçılığı ilə “EkoKörpü — Azərbaycan — Qazaxıstan” adlı beynəlxalq ekoloji aksiya təşkil olunub.

Aksiya çərçivəsində Bakı və Lənkəran şəhərlərində könüllülər tərəfindən sahil zolağı plastik və digər tullantılarıdan təmizlənib.

Qeyd edək ki, eyni vaxtda Azərbaycanın Bakı və Lənkəran şəhərlərində, həmçinin Qazaxıstanın Aktau və Atırau şəhərlərində təşkil olunmuş, Xəzəryanı regionda ekoloji əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq könüllülük fəaliyyətinin təşviqinə və Xəzər dənizinin təmizliyinin qorunmasına xidmət edən aksiya sahil zolağının tullantılardan təmizlənməsi, ətraf mühitin mühafizəsi və ekoloji dəyərlərin təbliği məqsədilə həyata keçirilib.


FOTO