“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilir.
Sentyabr-dekabr
aylarını əhatə edəcək layihə çərçivəsində 10-dan artıq regiondan 500-dən çox gəncin
iştirakı ilə mətbuat tarixi və yeni media istiqamətində, eyni zamanda media
savadlılığı mövzusunda təlim, praktik və interaktiv sessiyaların təşkil edilməsi
nəzərdə tutulur.
Layihənin
məqsədi fəal sosial media istifadəçisi kimi zərərli məlumatların təsirinə daha
çox məruz qalma ehtimalı olan gənclərin müasir media və kommunikasiya sahəsində
biliklərinin artırılması, media savadlılığı mövzusunda bacarıqlarının təkmilləşdirilməsi,
dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir.
Layihənin
yekunu olaraq, dekabr ayında Bakı və regionlardan ümumilikdə 100-dən çox gəncin
iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.