150 +994505000150

RİİB-in ikinci “Könüllülük Proqramı”nın icrasına başlanıb

5 fevral 2018
Paylaş
RİİB-in ikinci “Könüllülük Proqramı”nın icrasına başlanıb

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi 3-4 fevral 2018-ci il tarixlərində regionlarda keçirilən tədbirlərlə ikinci “Könüllülük Proqramı”nın icrasına başlayıb.

 8 regionda təşkil edilmiş açılış tədbirlərində proqrama yeni qoşulan 350 könüllü iştirak edib. İlk könüllülük proqramını uğurla başa vuran və İctimai Birliyin fəaliyyətində öz aktivliyi ilə seçilən məzun könüllülər də tədbirlərə dəvət ediliblər.

 

Yeni könüllülərə təşkilatın fəaliyyət istiqamətləri, könüllülük sistemi, “Könüllülük Proqramı” layihəsi, vətəndaşlardan daxil olan müraciətlər və onların araşdırılması haqqında geniş məlumat verilib. Daha sonra RİİB-in əməkdaşları ikinci “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında danışaraq, görüləcək işlər barədə müzakirələr aparıblar. Bildirilib ki, proqram 3 ay davam edəcək və hər ay fərqli mövzulara həsr olunacaq. Proqram ərzində könüllülər müxtəlif təlimlərə qatılacaq, fərqli sosial aksiya və tədbirlərdə iştirak edəcəklər.

 

Qeyd edək ki, RİİB-in birinci “Könüllülük Proqramı” sentyabr-dekabr aylarını əhatə edib və 330 könüllü proqramı uğurla başa vurub.

 

FOTO