Nizami rayonu üzrə Gənclər və idman sektorunda fəaliyyət göstərən bir qrup gənc “Regional İnkişaf” İctimai Birliyinin qonağı olub.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə Gənclər və idman sektorunun tərkibində fəaliyyət göstərən bir qrup gənc üçün “Regional İnkişaf” İctimai Birliyinin ofisində görüş təşkil edilib.
Görüş zamanı İctimai Birliyin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva tərəfindən qurumun fəaliyyət istiqamətləri, layihələr və gənclərlə iş istiqamətində görülən işlər barədə qonaqlara təqdimat keçirilib. Daha sonra qonaqlar şöbələrin fəaliyyəti ilə tanış olublar. Proqram çərçivəsində gənclər RİİB könüllüləri ilə birgə quş yuvalarının üzərində rəsm master-klassında iştirak ediblər. Sonra gənclər Hərbi Qənimətlər Parkına ekskursiya edib. Günün sonunda qonaqlara “Regional İnkişaf” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub. FOTO