Azərbaycanda səfərdə olan türkiyəli gənclər “Regional İnkişaf” İctimai Birliyinin qonağı olublar
4 sentyabr 2025
Paylaş

Azərbaycan–Türkiyə gəncləri arasında mübadilə proqramı çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli gənclərdən ibarət nümayəndə heyəti sentyabrın 3-də “Regional İnkişaf” İctimai Birliyinin qonağı olub.
İlk olaraq RİİB tərəfindən qonaqların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Sonra qonaqlarla “Regional İnkişaf” İctimai Birliyinin ofisində görüş keçirilib. Görüş zamanı İctimai Birliyin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva tərəfindən qurumun fəaliyyət istiqamətləri, layihələr və gənclərlə iş istiqamətində görülən işlər barədə qonaqlara təqdimat keçirilib. Daha sonra qonaqlar şöbələrin fəaliyyəti ilə tanış olublar.
Proqram çərçivəsində türkiyəli gənclər RİİB könüllüləri ilə birgə eko-çantaların rənglənməsi master-klassında iştirak ediblər. Sonra gənclər Hərbi Qənimətlər Parkına ekskursiya edib.
Qonaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə RİİB könüllüləri ilə birlikdə boulinq oyunu keçirilib. Günün sonunda qonaqlara “Regional İnkişaf” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub.