150 +994505000150

Bakıda 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib

28 may 2025
Paylaş
Bakıda 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.

Tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövləq Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib. Veloyürüşdə “Regional İnkişaf” İctimai Birliyinin 100-ə yaxın könüllüsü iştirak edib.


FOTO