Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2025” keçirilib
4 may 2025
Paylaş

“Küləyə qalib gəl” şüarı ilə keçirilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Marafonu başa çatıb.
21 km-lik Bakı Marafonunun kişilər arasında qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.