Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində "Regional İnkişaf" İctimai Birliyi (RİİB) universitetlərdə təqdimatlara start verir!

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) görkəmli alim Azad Mirzəcanzadənin unikal tədris üslubundan və innovativ yanaşmalarından ilhamlanaraq həyata keçirdiyi Azad Mirzəcanzadə İnkişaf Proqramının növbəti mərhələsinə start verib!
Proqramın əsas məqsədi çevik düşüncə tərzinə malik,
innovativ ideyalara və dayanıqlı inkişaf arzularına sahib istedadlı gəncləri üzə
çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Seçilmiş
iştirakçılar üçün 5000 manatadək maliyyə dəstəyi, peşəkar təlimlər və liderlik
bacarıqlarını artırmaq üçün müxtəlif imkanlar təqdim olunacaq.
Hazırda proqramın yeni mərhələsi çərçivəsində ölkənin müxtəlif
universitetlərində təqdimatlara start verilir. Tələbələr bu görüşlərdə iştirak
edərək proqram haqqında ətraflı məlumat əldə edə, seçim prosesi və şərtlər barədə
suallarını ünvanlaya bilərlər.
Yeni ideyan varsa, bu fürsəti qaçırma! Proqrama qoşul,
biliklərini artır və unikal imkanlardan yararlan!
Ətraflı məlumat üçün "Regional İnkişaf" İctimai
Birliyinin 150 Çağrı mərkəzinə müraciət oluna bilər.