150 +994505000150

ADA Universitetinin Qazax Mərkəzində inklüziv təhsil mövzusunda növbəti təlimlər təşkil edilib

19 oktyabr 2024
Paylaş
ADA Universitetinin Qazax Mərkəzində inklüziv təhsil mövzusunda növbəti təlimlər təşkil edilib

“Regional İnkişaf” İctimai Birliyinin “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində təhsil işçiləri üçün keçirilən təlimlər davam etdirilir.

Növbəti dəfə ADA Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 12, 13, 18 oktyabr tarixlərində ADA Universitetinin Qazax Mərkəzində müəllimlər üçün təlimlər təşkil olunub.

Müəllimlərin inklüziv təhsil sahəsində nəzəri və praktik biliklərinin artırılması məqsədilə keçirilən təlimlər RİİB-in inklüziv təhsillə bağlı layihələrində müvafiq “TOT” (təlimçilər üçün təlim) proqramlarını uğurla başa vurmuş təlimçi Lamiə Hacımuradova tərəfindən aparılıb.

“Regional İnkişaf” İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanmış  və  Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun və struktur baxımından təsdiq edilmiş yeni ixtisasartırma proqramı əsasında keçilən təlimlərdə iştirakçılara fərqli əlillik dərəcələrində olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodik bacarıqlara yiyələnmək imkanı yaradılıb.


FOTO