Naxçıvanda tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, Məlhəm Beynəlxalq Hospitalın dəstəyi ilə oktyabrın 15-16-da Naxçıvanda humanitar tibbi aksiya keçirilib.
Naxçıvan Sağlamlıq Mərkəzində
təşkil edilən aksiya çərçivəsində müayinələr müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər
tərəfindən aparılıb. Terapevt, kardioloq, pediatr, uroloq, hematoloq,
ginekoloq, uşaq cərrahı kimi mütəxəssislər yerli sakinlərə tibbi xidmət göstərərək,
onların sağlamlıq vəziyyətini qiymətləndiriblər.
Müayinələr zamanı xəstələrin
şikayətləri dinlənilib, ilkin diaqnoz qoyulub, aparılan
müayinələrin nəticələrinə əsasən müvafiq müalicə kursu təyin edilib, həmçinin
müayinələrdən keçənlərə sağlamlığın qorunması üçün prafilaktik tövsiyələr
verilib.
Keçirilən tibbi aksiya yerli əhalinin sağlamlıq vəziyyətinin dərindən öyrənilməsi və daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə əlavə imkan yaradıb.