150 +994505000150

Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2024
Paylaş
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib

27 Sentyabr – Anım Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri, İctimai Birliyin könüllüləri və AKTİ-nin üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazi yararsız tullantılardan təmizlənib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək. 


FOTO