150 +994505000150

“İmişli gəncləri üçün liderlik məktəbi" layihəsi başa çatıb

3 sentyabr 2024
Paylaş
“İmişli gəncləri üçün liderlik məktəbi" layihəsi başa çatıb

"Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən “İmişli gəncləri üçün liderlik məktəbi" layihəsi başa çatıb.

Layihə çərçivəsində avqustun 30-da təlimçi Tofiq Sadıxov “Liderlikdə operativ qərarvermə” mövzusunda son təlimi keçib, gənclərə liderin xüsusiyyətləri, şəraitdən asılı olaraq liderin operativ qərarvermə qabiliyyəti və digər əsas məqamlarla bağətraflı məlumat verib. Təlim zamanı iştirakçılar, həmçinin mövzu üzrə komanda şəklində tapşırıqlar icra edib.

Sonra keçirilən şərti imtahanda gənclər 3 ay müddətində öyrəndikləri yeni bilik və bacarıqları nümayiş etdirib, eyni zamanda “SWOT” analiz aparıblar.

Yekunda “liderlik məktəbi”nin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, avqust ayı ərzində layihə iştirkaçıları üçün “Liderlikdə motivasiyanın rolu” mövzusunda təlim və “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Günay Cəfərli ilə görüş də təşkil olunub.

Layihənin məqsədi İmişli rayonundan olan gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına, eyni zamanda strateji idarəetmə, problem həll etmə, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi liderlik keyfiyyətlərinə yiyələnməsinə imkan yaratmaq idi.